Описание услуг

Bir çox sahibkarların onların bizneslərini audit etmək üçün gələn şirkət mütəxəssislərindən narazı olduqları ilə bağlı əlimizdə kifayət qədər məlumat var. Bu məlumatlar toplusu analiz etdikcə başa düşürük ki, əksər hallarda sahibkarların narazılıqlarının haqqlı tərəfləri daha çox üstünlük təşkil edir. Aşağıda qeyd olunan narazılıqların səbəbi Sizin üzləşdiklərinizlə üst-üstə düşürsə, deməli Sizi daha yaxşı anlayırıq.

Birinci narazılıq: Audit xidməti göstərən şirkətlərin bu iş üçün təyin etdiyi mütəxəssislər sahibkarın biznesini köklü şəkildə audit edə bilmir. Bunun əsas səbəbi auditorların sahibkarın biznes fəaliyyətini dəridən başa düşməmələridir ki, bu da ortaya çıxacaq nəticələri sual altında alır.

İkinci narazılıq: Audit edən şirkətlər tərəfindən təyin olunan auditorlar sahibkarın biznesində olan yeyinti nöqtələrini bilməlidir. Ancaq bu halda yoxlamalar öz müsbət nəticələrini verə, sahibkarın üzləşdiyi riskləri minimuma endirə bilər.

Üçüncü narazılıq: Bir yoxlama strategiyasının bütün biznes fəaliyyət növlərinə tətbiq olunması da, sahibkarlar üçün riskli nöqtədir. Audit xidməti göstərən şirkət hər bir biznes fəaliyyətini yoxlamaq üçün həmin biznesə aid öz strategiyasını qurmalıdır.

Bütün bu məsələləri qeyd etməkdə məqsədimiz Sizin hansı nöqtələrlə bağlı əziyyət çəkdiyinizi anladığımızı göstərməkdir. SERA Audit şirkəti ilə bütün bu boşluqları aradan qaldırmağı təklif edirik. Biz təkcə təqdim etdiyiniz rəqəmləri deyil, risklərinizi və biznes proseslərinizi də audit edirik. Şirkətinizə bir auditor kimi deyil, sahibkar kimi yanaşmağı daha üstün tuturuq.

Заказать услугу

Audit xidmətini həyata keçirmək üçün imkanlarımız:

Fərqli biznes sahələri

Biz bütün biznesləri eyni prinsiplər əsasında audit etmirik. Fəaliyyət sahəniz otelçilikdirsə, biz onu istehsalatın yoxlanılması üçün tətbiq etdiyimiz qaydalar əsasında yoxlamırıq. Başa düşürük ki, bu həm Sizin, həm də bizim imic üçün mənfi nəticələnə bilər.

Kənardan baxırıq

Biz adətən şirkəti kənardan araşdırıb daha sonra öz işimizə başlayırıq. Bu metod bizə təmsil etdiyiniz şirkəti və ya biznes fəaliyyətini daha yaxından anlamağa və boşluqları görməyə imkan yaradır.

Təcrübə

Sizin şirkətə göndərəcəyimiz əməkdaşlar nəzəriyyəçi deyil, biznesinizi anlayan mütəxəssislərdir. Onların ünvanlayacağı suallar Sizə təcrübəmizin nə qədər böyük olduğundan xəbər verəcək. Təcrübələrimizi Sizinlə də paylaşmağa hazırıq.

Sertifikatlar

Təbii məsələdir ki, audit xidmətini həyata keçirmək üçün müvafiq sertifikatlarımız da mövcuddur. Bu məsələni axırda qeyd etməyimizin səbəbi məsələlərin kökündə təkcə sertifikat deyil, biznesi anlamaq olduğunu göstərməkdir.

SERA Audit olaraq nələri və niyə audit edirik:

Sənədlərin düzgünlüyünün yoxlanması

Bu yoxlanılma prosesi kənardan rahat və asan görülsə də, əslində şirkətin növbəti mərhələlərdəki işinə necə ciddi təsir edə biləcəyini başa düşürük.

Məhkəmə işinin aparılması xidməti

Bütün məhkəmə prosesi boyunca Sizi təmsil edirik.

İcra hüququ üzrə xidmətlər

Məhkəmənin verdiyi qərarların qanun çərçivəsində icrası

Əmlak hüququ üzrə xidmətlər

Daşınar və daşınmaz əmlak ilə bağlı yaranmış bütün məsələləri hüquqi həlli

İnzibati xətalar üzrə hüquqi xidmətlər

İşiniz məhkəməlik deyilsə, biz mütləq həll edəcəyik.

İşin məhkəməyədək hüquqi həlli xidməti

Adınızın məhkəmədə hallanmasını istəməyənlər üçün xidmət

Korporativ Hüquq Xidmətləri

Yerli bazar iştirakçılarının korporativ hüquqlarını qorumaqla həm bazarı şəffaflaşdırır, həm də sahibkarların inkişafına təkan veririk.