Xidmətin təsviri

Sizi qorxutmaq istəmirik lakin statistikaya görə bu gün ölkədə fəaliyyət göstərən 10 sahibkardan 6-sı vergidən yayınma halları ilə üz-üzə qalmaqdadır. Belə bir statistikanın formalaşmasının bir neçə yaranma səbəbini də açıqlaya bilərik. Oxuyacağınız səbəblərdən biri və ya bir neçəsi yaşadığınız hallarla eynilik təşkil edirsə, o zaman yanaşmanızı dəyişmək zamanıdır.

Birinci səbəb: Bir çox sahibkarlar təbii  olaraq maliyyə və mühasibatlıq sahələrini dərindən mənimsəmədikləri, baş verən yenilik və risklərdən xəbərdar olmadıqları üçün mühasib seçimində yanılırlar. Nəticədə qeyri-peşəkar mühasib seçimi onları vergi orqanları ilə üz-üzə qoyur.

İkinci səbəb: Xərclərini optimallaşdırmaq məqsədilə hər şeyi öz əlində cəmləşdirmək yolun seçən sahibkarlar bir çox hallarda vergi orqanları qarşısında götürdüyü öhdəlikləri vaxtında icra edə bilməmələri səbəbi ilə imiclərinə ciddi zərbə vururlar. Bu yanaşma da öz növbəsində şirkətin bazardakı mövqeyinə təsir edir.

Üçüncü səbəb: Mühasibatlıq xidmətini autsors (kənardan xidmət alma) edən sahibkarların bir çoxu bu xidməti tam şəkildə almaqdan imtina edirlər. Xərclərə qənaət məqsədilə atılan bu addım nəticəsində şirkətə xidmət göstərən mühasibatlıq şirkəti ona tam xidmət vermir və sahibkarın üzləşə biləcəyi risklər barəsində məlumatlandırmır. Bu yanaşmanın sonunun da nəticələndiyini Siz artıq bilirsiniz.

Yuxarıda qeyd olunan hallar bugünkü bazarın reallıqlarını əks etdirir. SERA Mühasibatlıq şirkəti olaraq bu nümunələri göstərməkdə məqsədimiz, yerli bazar iştirakçılarının hansı risklərə getdiklərindən xəbərdar olduğumuzu diqqətə çatdırmaqdır. Holdinqin tərkibində fəaliyyət göstərən bir şirkət kimi bu xoşagəlməz hadisələrin qurbanı olmamaq üçün Sizə mühasibatlıq xidmətlərimizi təklif edirik.

Xidməti sifariş et

Müştərilərin bizim mühasibatlıq xidmətinə üstünlük verməsinin səbəbləri:

Qoruduqlarımız

Bu günə kimi 50-dən çox müştərinin mühasibatlığında olan yanlışlıqları, riskləri aradan qaldıraraq ümumilikdə 3 milyon 200 mindən manatdan çox vergi yükündən azad olmasına dəstək olmuşuq. 20-dən çox müştərinin isə vergiyə 2 milyon 360 min manat əlavə vəsait ödəməsinin qarşısını almışıq.

Maarifləndirmişik

Bizə müraciət edən müştərilərin hər birindən təkcə maddi maraq güdmədiyimiz üçün onların üzləşdiyi bir çox vergi və mühasibatlıq problemləri ilə bağlı suallarını cavablandırmışıq. SERA Mühasibatlıq şirkəti olaraq həmin müştərilərin uzaq perspektivdə bizim potensial müştərilər olacağına inanırıq.

Yatırım edirik

Şirkətlərin mühasibatlıq və vergi məsələləri üzrə çətinliklərinin araşdırılmasına da yatırım edirik. Bu bizə həm kadr siyasətimizi təkmilləşdirməyə, həm də yerli sabibkarlara göstərdiyimiz xidmətin keyfiyyətini üst mərhələyə qaldırmağa kömək edir.

Qarşılıqlı işləyirik

Müştərilərimizin maliyyə resurslarının doğru idarə olunmasının bizə bağlı olduğunu yaxşı anlayırıq. Ona görə də baş verən yeniliklərdən vaxtında xəbər tutmaq məqsədilə vergi və digər müvafiq orqanları ilə daim əlaqədə oluruq.

SERA Mühasibatlıq şirkəti olaraq aşağıdakı istiqamətlər üzrə dəstək ola bilərik:

Mühasibat sənədlərinin qurulması və bərpası

Yeni yaradılmış və ya fəaliyyətini bərpa etmiş şirkəti təmsil edirsinizsə, mühasibatlıq işində ilk addımlarını doğru şəkildə qurmağa dəstək ola bilərik.

Mühasibat sənədlərinin yoxlanılması və analizi

Sizi yoxlamağa gələnlərdən əvvəl bizim yoxlama işləri aparmağımız daha məqsədəuyğun addımdır.

Mühasibat və vergi uçotunun aparılması

Mövcud və ya yeni yaradacağınız şirkətin mühasibatlıq, o cümlədən vergidə qeydiyyata alınması, hesablanması və digər prosedurları doğru şəkildə icra edirik.

Uçot siyasətinin hazırlanması

Hesabat dövründə gəlir və xərclərinizi düzgün formada hazırlamaqla, vergi orqanlarının tələb etdiyi şəkildə uçotda öz əksini tapacaqdır.

Mühasibat uçotu və vergi sahəsi üzrə məsləhətlərin verilməsi

Siz nə qədər sual versəniz, bir o qədər Sizin üçün dəyərli və faydalı olduğumuzu hiss edəcəyik. Ona görə də məsləhət verməyə hazırıq.

Vergi yoxlamalarının müşayət edilməsi

Narahat olmağınıza əsas yoxdur. Vergi yoxlanışları zamanı da Sizi müşayət etməyə və qarşı tərəfin yaranan suallarını cavablandırmaq üçün yanınızda olacağıq.

Şirkətin maliyyə hesabatlarının hazırlanması

Sizin üçün önəmli olan maliyyə hesabatlarının həm şirkətə, həm də müvafiq qurumlara görə vaxtında və düzgün hazırlanması olduğunu bilirik.

Vergi, DSMF və statistika üçün hesabatların hazırlanması

Bu üç dövlət qurumunun müvafiq sistemində daha yaxşı mövqe tutmağın yollarını digərlərindən daha yaxşı bilirik. Bu barədə öz şirkətimizi nümunə göstərə bilərik.

Rüblük və illik vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi

Bu sənədlərin hazırlanması ilə bağlı bizə dəfələrlə xatırlatma etməyinizə gərək yoxdur. Bütün rüblük və illik vergi bəyannamələrin təqdim olunma vaxtını əzbər bilirik.

Siz istəyən xidmətlər

Yuxarıda göstərilən xidmətlər təklif etdiyimiz istiqamətlərin bir hissəsidir. Mühasibatlıqla bağlı əlavə xidmətlərə ehtiyacınız varsa, istəklərinizi müzakirə edə bilərik.