Xidmətin təsviri

Bu illər ərzində insanların 18000-dən çox suallarını cavablandırdıq.

Bu gün Sizin verdiyiniz suallara yerində və doğru şəkildə cavab verə biliriksə, bu hüquq sahəsi üzrə təcrübəmizin çox olmasından irəli gəlir. Sizi düzgün istiqamətə yönləndirmək, üzləşdiyiniz çətinlikləri doğru qiymətləndirmək üçün hər birimiz həyatımızın 5 ilini hüquqi təhsil alıb, 2 ilini müxtəlif təlim və konfranslarda iştirak edib, 7 ilini müxtəlif hüquqi işləri icra etməklə qazanmışıq. Bütün bunların fonunda bir çox müştərilərin hüquqi konsultasiya xidmətinə “Bir söz soruşmağa görə də pul istəyirsiniz” fikri ilə yanaşması bizi çox məyus edir. Biz fəaliyyəti tənzimlənməyən hüquq şirkətlərinin Sizləri çox incitdiklərini də bilirik. Kifayət qədər təcrübəsi olmayan hüquq təmsilçilərinin düşdüyünüz vəziyyətdən istifadə edərək etibarınızdan sui-istifadə etdiklərindən də xəbərdarıq. İşinizi həll edəcəyik deyib vəsaitlərinizi alıb Sizi yarı yolda qoyanları da yaxşı tanıyırıq. Biz bütün bunlar üçün təəssüf edir və belə halların bizim şirkətdə yaşanmaması üçün insanlara doğru hüquqi məsləhət verməyə çalışırıq.

Unutmayın, Siz doğru hüquqi məsləhət almağınız üçün ödəniş edirsiniz. Bu ödənilşləri illər ərzində əldə etdiyimiz bilik və təcrübələrimizə olan yatırımların qarşılığı olaraq dəyərləndiririk.

Xidməti sifariş et

Sizə konsultasiya xidmətinin aşağıdakı növlərini təklif edirik:

Şifahi konsultasiya

Üzləşdiyiniz problemlərlə bağlı hüquqi dəstək almaq üçün Sizi həm onlayn (telefon, müxtəlif  görüntülü və görüntüsüz danışıq proqramları vasitəsilə), həm də oflayn formatda (ofisimizə yaxınlaşmaqla) dinləyə bilərik.

Yazılı konsultasiya

Fikirlərini şifahi olaraq ifadə etməkdə çətinlik çəkən müştərilərimiz öz müraciətlərini yazılı formada da göndərə bilərlər. Müraciətlərinizi istər onlayn platformalar (e-poçt ünvanı, sosial şəbəkələr) üzərindən, istərsə də kağız formatında bizim ofis ünvanımızda qəbul etməyə hazırıq.

Daimi məsləhət

Daima məsləhət almaq istəyən müştərilərimiz həftədə 1,2,3,4,5 dəfə olmaqla, hər dəfə şifahi yarım saatdan, yazılı isə 5 sualdan artıq olmamaq şərti ilə peşəkar mütəxəssislərimizin təcrübələrindən faydalana bilərlər. Daimi məsləhət xidməti üzrə tariflərimiz aylıq müraciət sayına görə dəyişir. Aylıq müqavilə bağlayırıq və təqdim olunmuş paketə görə xidmət göstəririk.