Kollektorluq xidmətinə nələr daxildir?

Kollektorluq xidmətləri üzrə biz borcludan pulların geri alınması, problemli kredit portfelinin həll edilməsi, əmlakın geri alınması və s. kimi öhdəlikləri üzərimizə götürürük. 

Kollektorluq xidmət üzrə sifarişçi tərəfindən ödəniş borcludan pul aldıqdan sonra mı həyata keçirilir?

Xeyr, Siz müqavilə bağlandıqdan sonra xidmət haqqı ödəyirsiniz, biz ondan sonra kollektorluq xidməti göstəririk.

Kollektor kimdir?

Kollektor müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə olunmasını təmin edir. 

Vətəndaşların, müəssisələrin kollektorluq xidməti üçün müraciət etməsində əsas məqsəd nədir?

Problemli müştərilərlə işləmək vaxt, enerji, xərc tələb edir. Müəssisələr köhnə borcların alınmasında sözsüz ki, maraqlıdırlar, sadəcə bununla məşğul olmaq üçün bu sahənin peşəkarı olan kollektorluq şirkətləri ilə əməkdaşlıq etmək məqsədə müvafiqdir.

Kollektor kreditor adından hansı hərəkətləri edə bilər?

Kollektora ötürülən səlahiyyətlər etibarnamə ilə müəyyənləşdirilir. Bu zaman kollektor kreditoru fiziki və hüquqi şəxslər qarşısında təmsil edir, pretenziya məktubları hazırlayır, lazım gələrsə məhkəməyə müraciət edir.