Xidmətin təsviri

Bizə “ödəmirlər”, vəsaitimizi geri ala bilmirik”, “bəhanələr gətirirlər” deyən müştərilərimizə hər zaman, “ödəməli olacaqlar”, “onlardan Sizə aid olan vəsaitin almağın hüquqi yolları var”, “gətirdiyi bəhanələr əsassızdır” deyirik. Fiziki və hüquqi şəxslərdən gecikdirilmiş və ya ödənilməmiş borcların yığılması üzrə kollektor xidməti tam olaraq hüquq çərçivəsində həll olunan məsələdir. Bir çox hallarda vəsaitlərinin geri alınması işini tək başına həyata keçirmək istəyən şəxslər, atdıqları yanlış addımlar nəticəsində qarşı tərəfə hüquqi fürsət vermiş olduqlarını unudurlar. Bu da vəsaitlərin geri qaytarılması üzrə proseslərin uzanması ilə nəticələnir. SERA Kollektor şirkəti bu xidməti 3 mərhələ əsasında həyata keçirir. Bunlar soft-collection (xəbərdarlıq), hard-collection (müxtəlif təsirlər) və legal-collection (məhkəmə yolu ilə) vəsaitlərin geri alınmasıdır. Biz üzləşə biləcəyiniz risklər haqqında Sizi maarifləndirdik. Müsbət imicinizi qorumaq istəyirsinizsə, bu işi hüquqi çərçivədə həll edəcək peşəkarlara həvalə edin.

Xidməti sifariş et

Niyəsini soruşmaq istəsəniz, cavabımız aşağıdakılar olacaqdır:

Geri qaytardıqlarımız

Bu günə kimi müxtəlif kateqoriyalı işlər üzrə fərdi və korporativ müştərilərimizin ümumilikdə 4 000 000 AZN-dan çox vəsaitinin hüquqi yollarla geri qaytarılmasına nail olmuşuq. Proses çox sadədir. Siz üzləşdiyiniz problemi danışırsınız, biz isə onun həll yollarını təklif edirik.

Uğurlu məhkəmə işləri

Kollektorluq xidməti üzrə baş tutan məhkəmə işlərinin 85%-ni müştərilərimizin xeyrinə uğurla sonlandıraraq, ödənişlərinin geri qaytarılmasını təmin etmişik. Uğursuz olan məhkəmə işlərinin səbəbi isə müştərinin vaxtından gec müraciət etməsi və öz işlərinə qarşı olan səhlənkarlıqlarıdır.

İşin peşəkarları

Bu işin əsas hissəsini peşəkar kadrlar təşkil edir. Bizim işimiz Sizi qanundan kənar addımlar atmaqdan qoruyaraq, ödənişlərinizin geri qaytarılmasını təmin etməkdir. Bununla da Siz vaxtınıza qənaət etməklə yanaşı, mövcud imicinizi də qorumuş olursunuz.

Operativlik

Ödənişinizin tez bir zamanda geri qaytarılması prosesi birinci növbədə Sizdən asılıdır. Operativlik göstərməyimiz üçün baş vermiş hadisə ilə bağlı bizə ətraflı məlumat verməyiniz və mövcud olan sənədləri təqdim etməyiniz kifayətdir. Geri qalan işlərə biz nəzarət edəcəyik.

Bu işi necə görürük?

Sizi dinləyirik

Kömək etməyimiz bizə təqdim edəcəyiniz məlumatlardan və operativ müraciətinizdən asılıdır. Danışıqlar zamanı verdiyiniz məlumatların hər biri Sizin işinizi həll etməyimiz üçün açar ola bilər.

Analiz edirik

Təqdim etdiyiniz məlumat və materialları analiz edir, işin xeyrinizə nəticələnməsi üçün açar nöqtələri araşdırırıq. İşin gedişatı, müsbət nəticələnməsi üçün əldə olunmuş məlumatlar əsasında Sizə müvafiq suallar ünvanlayırıq.

Müqavilə imzalayırıq

Rəsmi müqavilə bağladıqdan sonra borcların geri alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə başlayırıq. Qarşı tərəfin Sizə əks iddia yaratmaması üçün bütün prosesləri qanun çərçivəsində həyata keçiririk.

Nəticə

İstər məhkəmə qərarının icra edilməsi, istərsə də digər hallarda, Sizə borclu olan tərəfdən borcun qanuni yolla alınmasını təmin edirik.