Xidmətin təsviri

Hüquq xidmətləri üzrə müsbət nəticə əldə etməyin yolu məhz vaxtında müraciət etməkdir. Yerli bazarda hüquqi xidmət üçün müraciət edən fərdi və hüquqi şəxslərin böyük əksəriyyəti məhkəmə işlərində müsbət nəticə əldə etməməsinin iki əsas səbəbini aşkar etmişik.

Birinci səbəb: Müştəri hadisə baş verdikdən sonra hüquqi xidmət üçün tələb olunan müddətdən gec müraciət edir. Bu da müsbət nəticə almaq üçün işin gedişatına bu və ya digər formada təsir edir.

İkinci səbəb: Təcrübə göstərir ki, hüquq xidməti üçün müraciət edən müştərilər baş vermiş hadisənin müəyyən hissələrini hər hansı bir səbəbdən gizlədirlər. Bu da öz növbəsində işin müsbət nəticələnməsinə birbaşa mane olmaqla bərabər, əlavə gözlənilməz maneələr yaradır.

SERA Hüquq şirkəti olaraq biz yuxarıda qeyd olunan bütün bu prosesləri anlayır və bizə müraciət edən bütün müştərilərə “Biz üzləşdiyiniz problemləri həll etməyə hazırıq. Yetər ki, vaxtında müraciət edin” demək istəyirik. Fəaliyyətimizin bütün dövrlərində hüquq xidməti üzrə əldə etdiyimiz uğurlu məhkəmə işlərinin 70%-ni məhz vaxtında müraciət etmiş müştərilər təşkil etməkdədir.

Xidməti sifariş et

Bu sahədə üstün olduğumuzu göstərən məqamlar:

Uğurlu işlər

Bizdən uğurlu işlərimizlə bağlı soruşanda “vaxtında müraciət etsəniz Siz növbəti uğurlu iş Sizin ola bilər” deyirik. Çünki uğur qazandığımız bütün məhkəmə işlərinin böyük qismi daha çox vaxtında müraciət edən müştərilərin payına düşür.

Satılmırıq

Biz hər zaman Sizin tərəfinizdəyik. Sizi müdafiə etmək üçün əlimizdən gələni etməyə hazırıq. Ona görə də nə baş verməsindən asılı olmayaraq təmsil etdiyimiz əməkdaşların “satılması” məsələsini ağlınıza belə gətirməyin.

Riskləri dəyərləndiririk

Uğurlu nəticə əldə etmək üçün işinizin görünən və görünməyən risklərini müəyyən edirik. Bu bizə Sizin işlə bağlı vəziyyəti doğru dəyərləndirməyə və lazımi addımları vaxtında atmağa kömək edəcək. Hər şey Sizin verəcəyiniz məlumatlardan asılıdır.

Məxfilik

Bizə ağız və dil danışmaq üçün verilsə də, susmağı da bacarırıq. Ona görə də başınıza hansı hadisə gəlməsindən asılı olmayaraq bütün proseslərin məxfiliyinə zəmanət veririk. Biz, heç kimin başına gəldiyi pis bir hadisənin onun imicinə mənfi təsir etməsini istəmirik.

Vaxtında müraciət etsəniz, Sizə aşağıdakı hüquqi xidmətləri göstərə bilərik:

Sənədlərin hazırlanması xidməti

Məhkəmə və digər orqanlara olan müraciətlərin doğru formada yazılması

Məhkəmə işinin aparılması xidməti

Bütün məhkəmə prosesi boyunca Sizi təmsil edirik.

İcra hüququ üzrə xidmətlər

Məhkəmənin verdiyi qərarların qanun çərçivəsində icrası

Əmlak hüququ üzrə xidmətlər

Daşınar və daşınmaz əmlak ilə bağlı yaranmış bütün məsələləri hüquqi həlli

İnzibati xətalar üzrə hüquqi xidmətlər

İşiniz məhkəməlik deyilsə, biz mütləq həll edəcəyik.

İşin məhkəməyədək hüquqi həlli xidməti

Adınızın məhkəmədə hallanmasını istəməyənlər üçün xidmət

Korporativ Hüquq Xidmətləri

Biz inanırıq ki, yerli bazar iştirakçılarının korporativ hüquqlarını qorumaqla həm bazarı şəffaflaşdırır, həm də sahibkarların inkişafına təkan veririk.