Hörmətlə,,

Sevinc Rəhimova

SERA Holdinqin təsisçisi
SERA Holdinq yerli bazarda hüquq, mühasibatlıq, audit və kollektorluq sahələrində keyfiyyətli xidmət anlayışını yeniləmək və bazar iştirakçılarına yeni xidmətlər təqdim etmək məqsədi ilə yaranmışdır.

Pandemiyanın bir çox yerli bazar iştirakçılarına olan maddi və psixoloji təsiri bizə də öz strategiyamızda müəyyən dəyişikliklər etməyə sövq etmişdir. Bu gün bazar iştirakçıları daha seçici və diqqətli davranırlar.

Artıq müxtəlif biznes vahidləri tərəfdaş seçimində fərdi yanaşma, peşəkarlıq və dəyər kimi meyarlara daha çox üstünlük verməyə başlamışdırlar. Bu da bizə müştərilərə mövcud vəziyyətlərinə görə düzgün xidmət və vaxtında məlumat təqdim etməyə imkan yaratmışdır.

Biz yeni uğurlara imza atmağın yolu kimi kadr siyasətimizdə “müxtəliflik” prinsipi formalaşdırmışıq. Çünki müxtəliflik olmasa, yeni təşəbbüslərə başlamaq və ya şirkətlərimizi növbəti mərhələyə qaldırmaq çətin olacaq. Müxtəliflik biznes vahidlərinin sağ qalması üçün vacibdir.

Bir çox proqnozlar hüquq, mühasibatlıq, audit kimi sahələrin inkişafına müsbət baxmasalar da, gələcəkdə bu xidmətlər üçün sonsuz imkanlar yaranacağına inanırıq. Biz hər bir müştərimizə yalnız onlar üçün hazırlanmış xüsusi xidmətlər və həllər təqdim etməyi hədəfləyirik.