SERA Holdinq hüquq, mühasibatlıq, audit və kollektorluq kimi əsas biznes sahələrini əhatə edən beynəlxalq şirkətlər qrupudur.

Şirkətlər qrupu Azərbaycanda əhatə etdiyi fəaliyyət sahələri üzrə 108 -dən çox
müştəriyə xidmət göstərir. Holdinqə daxil olan şirkətlər öz sahələrində möhkəm təcrübəyə malikdirlər, bəziləri isə beş ildən artıqdır fəaliyyət göstərir. SERA Holdinq şirkətləri çoxşaxəli və çoxsahəli biznes portfeli yaratmaq üçün bir araya gətirir və nəticədə onlar arasında strateji idarəetmə və kommunikasiyanı gücləndirir.
Qrup 2007 -ci illərin əvvəllərində
hüquq və mühasibatlıq sahəsində yaradılmış şirkətlər vasitəsilə yerli bazar iştirakçılarına xidmət göstərməyə başladı. Holdinqin sonrakı dövrlərdə cəlb etdiyi investisiyalar isə onun sürətlə böyümə və genişlənməsinə səbəb oldu. Holdinqin maliyyə sənayesindəki biznesləri iki qrup, SERA Mühasibatlıq və SERA Audit adı altında birləşdirilib.
SERA Holdinq 2018 -ci ildə
fərdi və korporativ müştərilərinə xidmət göstərmək üçün SERA Kollektor şirkətini yaradaraq portfelini genişləndirdi. Holdinq həmçinin yerli bazarda bir çox innovativ həllər və etibarlı xidmətlər təqdim edən müxtəlif yüksək texnologiyalı startapların hüquqlarının qorunması istiqamətində hüquqi məsləhət xidməti göstərməkdədir.
İnsan kapitalına olan yatırımlarımız sayəsində bu gün törəmə şirkətlərimizdə 100 -dən çox
peşəkar mütəxəssislər çalışmaqdadır. Bu da gələcəkdə SERA Holdinq olaraq müxtəlif biznes sahələrinə daxil olmaqla biznes fəaliyyətimizi genişləndirməyə imkan yaradacaq.