Dürüstlük

Fəaliyyət istiqamətlərimizin əsas hissəsini dürüstlük təşkil edir. Bu meyar holdinqin fəaliyyət istiqamətləri genişlənsə də, fərdi və korporativ müştərilərimizlə olan münasibətlərimizin hər mərhələsində dəyişməz olaraq qalacaqdır. Bizim üçün dürüstlük ölkənin qanunlarına sadiq qalmaqdan başlayır və holdinqdə çalışan əməkdaşlar da daxil olmaqla, cəmiyyətimizin bütün üzvlərinə xitab edir. Bu dəyəri heç bir zaman şəxsi maraq və prinsiplərə qurban verməmək üçün formalaşdırmışıq. Bütün işlərdə dürüstlük birinci bizdən başlamalıdır deyə düşünürük.

İnsan kapitalı

Bütün uğurlu işlərin başlanğıcında insan kapitalı olduğunu yaxşı anlayırıq. Yerli bazarda təmsil olunan bir holdinq olaraq daima insan kapitalına yatırım etməkdəyik. Ətrafımızda cəmləşdirəcəyimiz potensial kadrların bizim inkişafımıza böyük tövhə verəcəklərinə inanır, onlara daim şərait yaradırıq. Biz hər zaman çətinlikləri fürsətə çevirməyi bacaran, üzərinə məsuliyyət götürüb bunun öhdəsindən gələn yeni kadrlar axtarışındayıq. Komandamızda çalışan əməkdaşların hər biri gördükləri işlərə öz şəxsi biznesləri kimi yanaşırlar ki, bu da bizi daha da güclü və uğurlu etməkdədir.

Ətraf mühit

Biz hər gün təbiətin bizə bəxş etdiyi gözəlliklərdən ilhamlanırıq. Bu gözəlliklərdən hər zaman zövq almağımız üçün təbiətin bir parçası olmağı şirkətimizin əsas dəyərlərindən biri seçmişik. Təbiətə olan sevgi və hörmətimizi holdinqin daxilində də tətbiq etmək üçün müxtəlif guşələrdə yaşıllıqların sayını artırmaqda davam edirik. Biz inanırıq ki, əməkdaşlarımızın təbiətlə vəhdəti onların bir-birilərinə və işlərinə olan münasibəti Bizi yeni bir mərhələyə qaldırmağa kömək edəcəkdir. Holdinq olaraq ətraf mühitin qorunması və inkişaf etdirilməsi üzrə yaratdığımız bu dəyəri daim inkişaf etdirməkdə maraqlıyıq.

Müştəri loyallığı

Bu ifadə ilə bir çox yerlərdə qarşılaşsanız da, bizim üçün bu ifadənin fərqli bir fəlsəfəsi vardır. Biz bir müştərimizin belə bizim üçün daha geniş imkanlar yarada biləcəyinə inanır və dəfələrlə bunun şahidi olmuşuq. Fərdi və korporativ müştərilərimizlə uzunmüddətli münasibətlər qurmaq və bu münasibətləri daima inkişaf etdirmək bizim üçün daha dəyərlidir.